
Vəzifə öhdəlikləri
Hərəkətdə olan avtomobil nəqliyyatının xətdə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkətinə dispetçer rəhbərliyini təmin etmək.
Yük daşımaların istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil etmək.
Sürücülərə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin etmək.
Xətdə texniki yardım işini əlaqələndirmək.
Avtomobillərin müştərilər, obyektlər arasında bölüşdürülməsi üzrə bölgü planlarının işlənib hazırlanmasını təmin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Yük daşımaları prosesi üzərində nəzarəti həyata keçirmək.
Avtonəqliyyat dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək.
Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət etmək.
Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədlərə tələblər:
Təhsil: Orta
İş təcrübəsi: 1-3 il
Yalnız Bəy namizədlər
Səliqəli xarici görünüş
Məsuliyyətli və çevik olmaq
Komandada işləmək bacarığı
İş şərtləri:
İş qrafiki: 6 günlük iş həftəsi (6cı gün qısa iş günü)
İş vaxtı: 09:00-dan 18:00
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi.
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcək
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.