
İş yeri: Köhnə Günəşli
İş qrafiki: Tam ştat, 6 günlük
Əmək haqqı: 600 AZN
Vəzifə haqqında:
Şirkətimizə sürücü heyətinin idarə edilməsi, platforma qeydiyyatları , sənədləşmə işləri və ödəniş nəzarəti proseslərini peşəkar şəkildə həyata keçirəcək "Dispetçer / Sürücü Koordinatoru" axtarırıq.
Əsas Öhdəliklər:
Yeni sürücülərin cəlb edilməsi, Bolt, Yango, İbex, SMS Radar və AzParking platformalarında qeydiyyatlarının tam icrası.
Etibarnamələrin və müqavilələrinin hazırlanması, imzalatdırılması və rəsmiləşdirilməsi.
Sürücülərin ödənişlərinin izlənilməsi, Excel bazasında dəqiq uçotun aparılması.
Sürücülərə cərimələr barədə məlumat verilməsi, borc ödənişlərinin tələb edilməsi, ödəniş etməyən sürücülər barədə rəhbərliyə vaxtında məlumatın verilməsi.
Sahibkar avtomobillərin sürücülərinə nəzarət, onların problemlərinin operativ həlli.
Sürücülərin platforma ilə bağlı yaşadıqları texniki problemlərin həlli və müvafiq dəstəyin göstərilməsi.
Həftəlik borc və cərimə hesabatlarının hazırlanması, sürücü bazasının yenilənməsi.
Namizədə Tələblər:
Sürücü koordinatoru sahəsində iş təcrübəsi.
MS Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Operativlik, məsuliyyətlilik, insanlarla (sürücülərlə) yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı, konfliktləri həll etmə qabiliyyəti.
İş qrafikinə və şirkət daxili hesabatlılıq tələblərinə ciddi riayət etmə.
Xanım namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Dispetçer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.