
Vəzifə öhdəlikləri
Şirkətin və layihələrin vizual üslubuna uyğun kreativ dizaynların hazırlanması;
Sosial media, reklam və rəqəmsal platformalar üçün post, banner, story və digər vizualların hazırlanması;
Təqdimat, kataloq, broşür, flayer, billboard və digər çap məhsullarının dizaynı;
Layihələrin marketinq və reklam kampaniyaları üçün kreativ konsepsiyaların hazırlanmasında iştirak;
Mövcud brendbook və korporativ üslubun qorunması və inkişaf etdirilməsi;
Foto və vizual materialların işlənməsi, retuş və rəng korreksiyası;
Marketinq komandası ilə sıx əməkdaşlıq edərək dizayn tapşırıqlarının vaxtında icrası.
Namizədə tələblər
Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe Photoshop, Illustrator və InDesign proqramlarında yaxşı səviyyədə işləmək;
Figma biliyi üstünlükdür;
Kompozisiya, rəng, tipoqrafiya və vizual iyerarxiya üzrə güclü anlayış;
Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək;
Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
Bir neçə tapşırığı paralel idarə edə bilmək;
Portfolio təqdim etmək mütləqdir.
İş şəraiti
İş qrafiki: Tam ştat
Əmək haqqı: Razılaşma yolu ilə
CV-lərinizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.