
Unityfood Ltd MMC komandamıza yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.
Vəzifə öhdəlikləri
Şirkətin sosial media hesabları üçün kreativ və diqqətçəkən vizual materialların hazırlanması;
Reklam kampaniyaları, məhsul təqdimatları və marketinq fəaliyyətləri üçün dizaynların hazırlanması;
Banner, poster, flayer, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal materialların dizayn edilməsi;
Məhsullar üçün reklam və tanıtım vizuallarının hazırlanması;
Şirkətin korporativ üslubuna və brend standartlarına uyğun dizaynların hazırlanmasının təmin edilməsi;
Yeni vizual konsepsiyaların və kreativ ideyaların hazırlanması;
Mövcud dizaynların təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə həyata keçirilməsi;
Çap üçün nəzərdə tutulan materialların texniki tələblərə uyğun hazırlanması;
Marketinq və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək;
Dizayn layihələrinin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi;
Dizayn sahəsində müasir trendlərin izlənilməsi və şirkətin vizual kommunikasiya fəaliyyətində tətbiq edilməsi.
Namizədə tələblər
Rus diliyi biliyi mütləqdir;
Qrafik dizayn sahəsində 1–3 il iş təcrübəsi;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Çap dizayn işlərinin görülməsi
Adobe InDesign, CorelDRAW və digər dizayn proqramlarını bilmək üstünlükdür;
Güclü vizual zövq və kreativ düşüncə;
Kompozisiya, rəng, tipoqrafiya və vizual iyerarxiya prinsipləri üzrə anlayış;
Sosial media və rəqəmsal platformalar üçün dizayn hazırlamaq bacarığı;
Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
Bir neçə tapşırığı prioritetləndirərək vaxtında icra etmək bacarığı;
Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: 1000 AZN net
Ünvan: Bakı, Nərimanov ray.,Çinar park Biznes mərkəzi
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini [email protected] elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.