Vəzifə öhdəlikləri:
Şirkətin brend imicinə uyğun olaraq sosial media, reklam, çap materialları, təqdimatlar və digər vizual məzmunların hazırlanması;
Reklam kampaniyaları üçün kreativ konsepsiyalar hazırlamaq;
Key Visual və kampaniya vizual sistemlərini formalaşdırmaq;
Digital və offline reklam materiallarını dizayn etmək;
Brend Book və Corporate Identity standartlarına uyğun dizaynlar yaratmaq;
Kreativ ideyaların vizual həllərə çevrilməsi;
Mövcud dizayn materiallarının optimallaşdırılması və yenilənməsi;
Çap və rəqəmsal platformalar üçün ölçü və formatlara uyğun dizaynların işlənməsi;
Xarici dizayn agentlikləri və podratçılarla əməkdaşlıq etmək;
Müxtəlif layihələr üzrə qrafik üslubun vahidliyinin qorunması;
Bazar trendlərinin izlənməsi və dizayn prosesinə tətbiq edilməsi.
Marketinq komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün dizayn materiallarının hazırlanması;
Tələblər:
Ali təhsil (dizayn və ya əlaqəli sahələr üstünlükdür);
Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesign proqramlarında yüksək səviyyədə bilik;
Digər dizayn proqramları ilə işləmək bacarığı (CorelDraw, After Effects və s. üstünlükdür);
Kreativ düşüncə və detallara diqqət;
Eyni anda bir neçə layihəni idarə etmək və vaxtı səmərəli planlaşdırmaq bacarığı;
Komanda ilə işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
Portfolionun təqdim olunması mütləqdir.
Üstünlüklər:
UI/UX dizayn üzrə təcrübə;
Reklam agentliyi və ya iri şirkətdə iş təcrübəsi.
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək Haqqı: Əmək haqqı müsahibə əsasında
İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Qrafik Dizayner” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.