
Siz yaradıcı düşüncənizi real layihələrdə sınamaq, sosial media kontentləri hazırlamaq və dizayn sahəsində praktiki təcrübə qazanmaq istəyirsinizsə — bu təcrübə proqramı sizin üçündür!
Əsas vəzifə öhdəlikləri
Sosial media platformaları (Instagram, Facebook və s.) üçün vizual postların və digər qrafik materialların hazırlanması
Brend kimliyinə uyğun kreativ dizayn konseptləri işləmə bacarığı
Verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
Daim yenilənən dizayn trendlərini izləmək və gündəlik işlərdə tətbiq etmək
Komanda ilə əməkdaşlıq edərək ideyaların vizuallaşdırılması
Namizədə tələblər
Yaş: 18–25
Təhsil: Ali təhsil (Qrafik dizayn, qrafika, vizual kommunikasiya və ya müvafiq sahə üzrə)
Adobe Photoshop və Adobe Illustrator proqramlarında baza biliklər
CorelDraw bilikləri üstünlükdür
Kreativ düşüncə və güclü estetik zövq
Öyrənməyə açıq, məsuliyyətli və detallara diqqətli yanaşma
Təcrübə proqramı haqqında
İş qrafiki: həftənin 5 günü, 09:00 – 18:00
İstirahət günləri: Şənbə və Bazar
İş yeri: 25 Plaza
Təcrübə proqramı ödənişlidir
Şirkət tərəfindən aylıq 200 AZN ödəniş nəzərdə tutulur
Biz sizə nə təklif edirik?
Real layihələr üzərində işləmək imkanı
Peşəkar komanda ilə inkişaf etmək şansı
Güclü portfolio qurmaq üçün real iş təcrübəsi
Dizayn sahəsində praktiki biliklərin artırılması
Müraciət qaydası
Mövzu hissəsində “Qrafik Dizayner (Təcrübəçi)” qeyd edərək şəkilli CV-nizi və əgər mövcuddursa, portfolio linkinizi və ya faylınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur.