
İşəgötürən: “GFC” MMC, KFC, PH, Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Azərbaycan dili üzrə biliklər;
Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 4-cü elektrik dərəcəsi;
Müvafiq vəzifədə 4 ildən az olmayaraq iş təcrübəsi;
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Komandada işləmək bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması, modul və komponent səviyyəsində təmiri;
Restoranda olan elektrik, texniki avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür;
Restoranda sıradan çıxmış elektrik lampalarının dəyişilməsi və tələb olunan digər elektrik işlərini yerinə yetirir;
Avadanlığın və elektrik şəbəkəsinin fasiləsiz işləməsini və düzgün istismar olunmasını mütəmadi yoxlayır;
Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür;
Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli;
Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi;
Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlərin verilməsində iştirak edir.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Elektrik” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.