
Vəzifə öhdəlikləri:
Sxem və göstərişləri oxumaq, elektrik təhlükəsizliyi üzrə təlimatlara riayət etmək;
Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirmək və quraşdırmaq;
Təhlükəni və nasazlıqları aşkar edərək texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün sistemləri və elektrik hissələrini yoxlamaq;
Ommetr, voltmetr və ossilloskop kimi ölçü cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və şəbəkə açarlarında elektrik dövriyyəsini yoxlamaq məqsədilə test prosedurlarını yerinə yetirmək;
İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlamaq və quraşdırmaq;
Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlamaq və quraşdırmaq;
Təhlükəsizlik və nəzarət qurğularını quraşdırmaq;
Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini quraşdırmaq;
Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləmək;
Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirmək;
Prototip və elektrik sistemlərini birləşdirmək;
Nasaz elektrik hissələrini çıxarır və təmir aparatı;yaxud yenisi ilə əvəz etmək;
Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşmaq;
Kabel və avadanlıqları izolyasiya etmək;
Qurğulara təhlükəsizlik üzrə xəbərdarlıq və fərqləndirici nişanlar vurmaq;
Tikinti və quraşdırma işləri gedən ictimai yerlərdə xəbərdarlıq nişanları yerləşdirmək;
Elektrik montyoruna dair sadə işıqlandırma sistemini və ya onun xüsusi hissələrini quraşdırmaq;
Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirmək;
İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli;
İş qrafiki və qeydlər:
6 günlük iş qrafiki
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Əmək haqqı: 1300-1500 AZN
Tələblər:
Təhsil: Orta
İş stajı: Elektrik ustası kimi azı 3 il təcrübə
Elektrik sahəsi üzrə müvafiq sertifikat mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.