Amper MMC komandamıza Elektrik Mühəndisi axtarır!
Vəzifə öhdəlikləri:
Elektrik panolarının layihələrinin hazırlanması və oxunması;
Sxemlərin təhlili və istehsala uyğunlaşdırılması;
Pano istehsalı prosesinə texniki nəzarətin həyata keçirilməsi;
Material və avadanlıqların seçilməsi;
Maya dəyərinin hesablanmasında iştirak;
İstehsal zamanı yaranan texniki problemlərin operativ həlli;
Zərurət olduqda obyektlərdə baxış və texniki dəqiqləşdirmələrin aparılması;
Müştərilər və layihə komandası ilə texniki koordinasiya.
Tələblər:
Elektrik mühəndisliyi üzrə ali təhsil;
Elektrik panolarının istehsalı sahəsində iş təcrübəsi;
Elektrik sxemlərini sərbəst oxuma və hazırlama bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
Elektrik avadanlıqları və aşağı gərginlik sistemləri üzrə biliklər.
Təklif edirik:
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında);
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Müasir istehsalat mühitində çalışma imkanı.
İş yeri: Bakı
Əlaqə: 010 241 77 33
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Elektrik panolarının istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.