
Sea Breeze “Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə mütəxəssis” vakansiyasını elan edir!
Namizədə tələblər:
Elektrik mühəndisliyi, energetika və ya müvafiq texniki istiqamət üzrə ali təhsil;
Elektrik təchizatı, tikinti və ya mühəndis infrastrukturu sahəsində minimum 3 il iş təcrübəsi;
Sahədə icra, texniki nəzarət və layihə koordinasiyası üzrə təcrübə;
0,4 kV və 6/10/35 kV elektrik şəbəkələrinin iş prinsipləri üzrə biliklər;
Transformator yarımstansiyaları, KTP, RMU, elektrik lövhələri və paylayıcı qurğular üzrə biliklər;
Birxətli elektrik sxemləri, kabel jurnalları, plan və kəsikləri oxuma bacarığı;
Elektrik yükləri, kabel en kəsiyi, gərginlik itkisi və qısaqapanma cərəyanı üzrə hesablama bacarığı;
Rele mühafizəsi, selektivlik və qoruyucu aparatların seçilməsi üzrə biliklər;
Yeraltı kabel kanalları, kabel quyuları, boru keçidləri və kabel marşrutlarının təşkili üzrə biliklər;
Torpaqlama, potensialların bərabərləşdirilməsi və ildırımdan mühafizə sistemləri üzrə biliklər;
Kabel və elektrik avadanlıqlarının sınağı, ölçülməsi və istismara buraxılması üzrə təcrübə;
Layihə, shop drawing, icra və As-Built sənədləri ilə işləmək bacarığı;
Material spesifikasiyası, iş həcmləri, BOQ, Forma-2 və müqavilə qiymətlərinin yoxlanılması üzrə biliklər;
AutoCAD, MS Office, xüsusilə Excel proqramlarını bilmək;
ETAP, DIALux və ya oxşar elektrik hesablama proqramlarını bilmək üstünlükdür;
GIS və elektron xəritələşdirmə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətli olmaq.
Vəzifə öhdəlikləri:
Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə tikinti və quraşdırma işlərinə texniki nəzarət etmək;
Elektrik şəbəkələri, transformator yarımstansiyaları və paylayıcı qurğuların icrasını yoxlamaq;
Kabel marşrutları, kabel kanalları və boru keçidlərinin layihəyə uyğunluğuna nəzarət etmək;
Torpaqlama və ildırımdan mühafizə sistemlərinin icrasını yoxlamaq;
Layihə, shop drawing, icra və As-Built sənədlərini yoxlamaq;
BOQ, Forma-2, material spesifikasiyası və iş həcmlərini yoxlamaq;
Elektrik avadanlıqlarının sınaq və ölçmə nəticələrini qiymətləndirmək;
Quraşdırma işlərinin layihə və təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək;
Aşkar edilmiş kənarlaşmaların aradan qaldırılmasına nəzarət etmək;
Podratçı, layihəçi və aidiyyəti texniki şöbələrlə koordinasiyalı işləmək.
İş barədə məlumat:
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
Müəyyən olunmuş nöqtələrdən iş yerinə nəqliyyat xidməti təmin edilir;
Nahar ilə təmin edilmə.
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.