Əsas vəzifə və öhdəliklər
Elektrik aparatların və cihazların iş prinsiplərin bilməli;
Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanılmasını bilməli;
Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik təmir-baxım işlərinin həyata keçirilməsini bacarmalı;
Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırmalı;
İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin etməli.
Namizədə tələblər
Ali təhsil – Elektrik mühəndisliyi;
Elektrik sahəsində 1 ildən çox iş təcrübəsi;
Elektrik təhlükəsizliyi qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
Məsuliyyətli, dəqiq və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Yaş: 25–40.
İş barədə
İş qrafiki: 6 günlük iş həftəsi;
İş yeri: Binə qəsəbəsi;
Koroğlu m/st-dan servis avtobusu;
Nahar şirkət tərəfindən təmin edilir;
Əməkhaqqı: razılaşma yolu ilə.
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanımıza yaxud 0554007080 nömrəsinə göndərə bilərlər.
Email mövzusunda “Elektrik mühəndisi” qeyd etməyiniz xahiş olunur.