
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
6 günlük iş qrafiki (6-cı günü qısa iş günü)
Nahar fasiləsi: 13:00 - 14:00
Nahar şirkət tərəfindən təmin olunur
Ünvan: Bakı-Sumqayıt yolunun üstü (Masazır dairəsi)
Əsas Vəzifələr:
İnzibati binanın daxilində və xaricində yerləşən bütün elektrik avadanlıqlarına və sərfiyyatına nəzarət edilməsi
Yeni açılan mağazalarda elektrik sistemlərinin quraşdırılmasında iştirak və texniki nəzarət
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, elektrik avadanlıqlarında istismarı və enerji avadanlıqları və şəbəkələrindən istifadə qaydalarına əməl olunmasına nəzarət etməsi
Mağazalarda elektrik sistemlərinin istismarı, diaqnostikası və təmiri
Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək.
Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istismara verilməsi.
Elektrik naqillərinin və kabel xətlərinin normativ tələblərə uyğun yoxlanılması
Qısaqapanma, yüklənmə və digər risk faktorlarının aşkarlanması və aradan qaldırılması
Elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktik baxışların aparılması
Aşkarlanmış nasazlıqların aradan qaldırılması və təmir işlərinin vaxtında yerinə yetirilməsi.
Elektrik təchizatı sistemlərinin periodik olaraq texniki baxış və profilaktik xidmətlərinin aparılması.
Elektrik avadanlıqlarının iş rejimlərinə uyğun işləməsinə nəzarət etmək.
Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək.
İş zamanı istifadə olunan elektrik alətlərinin və cihazlarının sazlığını qorumaq.
Namizədə tələblər:
Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə orta ixtisas / ali təhsil
Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi (pərakəndə satış obyektlərində təcrübə üstünlükdür)
Elektrik qurğularının istismarı və təhlükəsizliyi üzrə biliklər
Elektrik təhlükəsizliyi üzrə sertifikat (üstünlükdür)
İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik
Diqqətlilik və texniki detallara həssas yanaşma
Komandada işləmək və məsuliyyətlili
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik ” qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 27.08.2026.