“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.
Tam sosial təminat (məzuniyyət və s.)
5 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri
İstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək;
Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək;
Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq;
Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq;
Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək;
Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək;
Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq;
Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək;
Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək;
Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək;
İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək.
Tələblər:
Orta ixtisas və ya peşə təhsili;
Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi;
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər;
Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar;
Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik;
Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı;
Texniki çertyoj və sənədləri oxumaq bacarığı;
Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;
İstehsalat şəraitində işləmək bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
Məsuliyyətli və intizamlı olmaq;
Diqqətli və dəqiq işləmək;
İşə ciddi və planlı yanaşmaq;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Komandada işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına riayət etmək;
Operativ və çevik olmaq;
Fiziki işə uyğunlaşmaq..
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik qaynaqçısı” Mövzu bölməsində göstərin.