
Struktur bölmə: Elektrik sexi
İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi
Ezamiyyətlər: Nəzərdə tutulmur
Sınaq müddəti: Minimum 3 ay
Namizədə tələblər:
Peşə təhsili (Müvafiq sahə üzrə diplom və ya sertifikat);
Yaş həddi 20 və yuxarı;
Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
İntizamlı, məsuliyyətli və dəqiq olması;
Kollektivdə işləmək bacarığı;
Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Biliklər:
Elektrik avadanlıqlarının, elektrik qurğularının və elektrik maşınlarının iş prinsiplərini və istismar qaydalarını bilmək;
Elektrik qurğularında təhlükəsizlik texnikası qaydalarını, istehlakçıların elektrik qurğularının istismar qaydalarını və yanğın təhlükəsizliyi qaydalarını bilmək;
Elektrik qurğularında mühafizə vasitələrinin tətbiqi və istifadə qaydalarını bilmək.
Funksional vəzifələr:
Elektrik avadanlıqlarına, elektirik qurğularına, elektrik şəbəkələrinə və avtomat vasitələrinə texniki xidmətin və təmirin göstərilməsi;
Görülən işlərin keyfiyyətinə nəzarət edilməsi;
İstifadə olunan elektrik avadanlıqlarının, elektrik qurğularının texniki cəhətdən işlək və saz vəziyyətdə saxlanılması.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
Servis xidməti mövcuddur (avtobus);
Nahar şirkət tərəfindən təmin olunur;
Peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.