
Əsas vəzifələr:
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı və dolğun məlumat verilməsi;
Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib edilməsi;
Ödəniş kartları üzrə əməliyyatların aparılması;
Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər qiymətlilərin filial direktorunun iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurulması;
Gün ərzində hazırlanmış sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icra edilməsi.
Namizədə dair tələblər:
Ali iqtisadi təhsil;
Əməliyyatçı-kassir, əməliyyatçı və ya kassir vəzifəsində minimum 1 il iş təcrübəsi;
MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
Müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar Mərkəzi Bankın normativ aktları);
Komandada və müştərilərlə işləmək bacarıqları;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
İş şəraiti:
AZ1032, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç. 1B
Həftə içi 5 iş günü, 09:00–18:00
Əmək haqqı: razılaşma əsasında
Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-kassir) göstərməyiniz xahiş olunur.