
Tələblər
Cins: Kişi
Yaş: 20–40
Təhsil: Orta
Tələb olunan bacarıqlar
Məişət avadanlıqları (soyuducu, paltaryuyan və s.) haqqında ilkin anlayışa malik olmalıdır.
Fiziki cəhətdən sağlam olmalıdır.
Yükdaşıma sahəsində iş təcrübəsi olmalıdır.
Nizam-intizamlı olmalıdır.
Şəxsi keyfiyyətlər
Məsuliyyətli olmalıdır.
Komanda ilə işləmək bacarığına malik olmalıdır.
Punktual olmalıdır.
Etik davranış qaydalarına riayət etməlidir.
Şirkətdaxili nizam-intizam qaydalarına əməl etməlidir.
Davamiyyət qaydalarına riayət etməlidir.
Vəzifə öhdəlikləri
Məişət cihazlarının (soyuducu, paltaryuyan və digər məhsulların) nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılmasını həyata keçirmək.
Məhsulların anbar daxilində bir nöqtədən digər nöqtəyə daşınmasını təmin etmək.
Məhsulların müştəri ünvanlarına təhlükəsiz şəkildə çatdırılmasında iştirak etmək.
Məhsul müştəri ünvanından götürülərkən onun fiziki vəziyyətini yoxlamaq və müvafiq blanklarda qeydiyyatını aparmaq.
Məhsulun təhvili və ya geri götürülməsi zamanı təhvil-təslim aktının imzalanmasını təmin etmək.
İş şəraiti
İş qrafiki: 6 günlük
İş saatı: 09:00–17:00
İstirahət günü: Bazar
Şənbə günü qısaldılmış iş günüdür.
Əmək haqqı: 600 AZN
İllik məzuniyyət: 21 təqvim günü
Yemək və servis xidməti təmin edilmir. Lakin əməkdaşların yeməklərini qızdırıb rahat şəkildə istifadə etmələri üçün mətbəx bütün zəruri şəraitlə təchiz olunmuşdur.
İş yeri: Baku Service Company
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Samsung binası (Omid ilə üzbəüz)
Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində "Anbar Fəhləsi" qeyd edərək göndərə və ya 055 255 47 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.