
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Fiziki işləri yerinə yetirmək bacarığı;
Komandada işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq;
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;
Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;
Sayım və inventarizasiya proseslərində iştirak etmək;
Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri – Xırdalan şəhəri,anbar;
Əmək haqqı - 650 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Fəhlə (anbar)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.