
“Pizza Mizza” MMC-yə “Fəhlə” tələb olunur.
İş barədə məlumat:
Anbara qəbul olunan yüklərin boşaldılması, çeşidlənməsi və rəflərə yerləşdirilməsi;
Sifarişlər üzrə məhsulların nəqliyyat vasitəsinə yüklənməsi və lazımi ünvanlara daşınmasını həyata keçirmək;
Məhsulların daşınmasında və anbar daxilində təhlükəsizlik qaydasına riayyət olunması;
Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra olunması.
Namizədə tələblər:
Gənc, anbar sektorunda işləmiş;
Yaş həddi: 25-40 yaş;
İş qabiliyyəti tam olan, ağır şəraitdə işləyə bilən;
Komandada işləmək bacarığı;
Stresə davamlı, punktual, məsuliyyətli olmalıdır.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: saat 07:00 – 16:00, 6 gün;
Əmək haqqı: 570 Azn (Net);
Nahara görə əlavə pul ödənilir (50 AZN net);
İş yeri: İstehsalat sexi (ünvan: Hövsan qəsəbəsi, Qərib Ağa Pirinin yanı).
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya bu linkə https://p-m.az/dxspXXr4 daxil olaraq vəzifəni göstərərək vakansiya müraciət edə bilər.