
Avtomobil sahəsinə və kreativ videoların hazırlanmasına marağın varsa, komandamıza qoşul!
İş yeri: Carbuy
İş qrafiki: 6 günlük
Vəzifə öhdəlikləri:
Avtosalonda avtomobillərin foto və video çəkilişlərini həyata keçirmək;
Instagram Reels, TikTok və digər sosial şəbəkələr üçün kreativ, dinamik və trendlərə uyğun videolar hazırlamaq;
Çəkiliş prosesini planlaşdırmaq, təşkil etmək və həyata keçirmək;
Videoların montajını etmək, səs, musiqi, mətn və vizual effektlər əlavə etmək;
Sosial media və video kontent sahəsindəki yenilikləri izləmək;
Brend üçün maraqlı və kreativ kontent ideyaları təklif etmək;
Marketinq kampaniyaları üçün video kontentin hazırlanmasına dəstək göstərmək;
Tapşırıqları müəyyən edilmiş qrafikə uyğun və vaxtında təhvil vermək.
Namizədə tələblər:
Reels, TikTok və qısa video kontentinin hazırlanması üzrə təcrübə;
Adobe Premiere Pro, After Effects və ya digər video montaj proqramlarında işləmək bacarığı;
Kreativ düşüncə və müasir trendləri izləmək bacarığı;
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Avtomobil mövzusunda kontent hazırlamağa maraq;
Portfolio təqdim edilməsi arzuolunandır.
Biz nə təklif edirik?
Rəqabətədavamlı əməkhaqqı;
Kreativ və gənc komanda ilə işləmək imkanı;
Portfolio yaratmaq və genişləndirmək üçün real brend layihələri;
Peşəkar və karyera inkişafı perspektivləri;
Dinamik və yaradıcı iş mühiti.
Müraciət etmək üçün CV və portfolionuzu [email protected] qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin.
Mövzu hissəsində “Videoqraf / Video montajçı” qeyd etməyiniz xahiş olunur.