
Vəzifə öhdəlikləri:
Klubun gündəlik fəaliyyətinə nəzarət etmək və fasiləsiz işini təmin etmək
Müştəriləri qarşılamaq, qeydiyyatdan keçirmək və istiqamətləndirmək
Telefon və onlayn rezervasiya sorğularının sistemdə qeydiyyatının aparilması
Müştərilərə xidmətlər, qiymətlər və kampaniyalar barədə məlumat vermək
Kassanı idarə etmək, ödənişləri qəbul etmək və hesabat aparmaq
Klubun qayda və prosedurlarına riayət olunmasını təmin etmək
Müştəri şikayət və təkliflərini qəbul edib həll yolları təklif etmək
Klub qaydaları və davranış kodeksi barədə məlumatlandırmaq
Tədbirlər və turnirlər zamanı təşkilati işlərdə iştirak etmək
Digər heyətə dəstək göstərmək
Korta aid digər məsələlərin həllinə dəstək göstərmək
Giriş zonasının təmizliyinə nəzarət
Tələblər
Xanım namizəd
Orta ixtisas və ya ali təhsil
Müştəri xidməti və ya ofis idarəçiliyi sahəsində minimum 1 il təcrübə (üstünlükdür)
Azərbaycan dili səlis, rus danışıq bacarığı olmalıdır və ingilis dillərində danışıq bacarığı bilənlər (üstünlükdür)
Yüksək ünsiyyət bacarığı, gülərüz və müştəri yönümlü yanaşma
Kompüter və ofis proqramları ilə işləmək bacarığı
Məsuliyyətli, diqqətli və komandada işləmə qabiliyyəti
Təklif edirik:
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul
Əmək haqqı – 600 AZN
6\1 iş qrafiki
Tələblərə cavab verən namizədlər “Hostess” başlığı ilə öz CV və portfellərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.