
Əsas öhdəliklər:
Qonaqları nəzakətlə qarşılamaq və xoş, qonaqpərvər mühit yaratmaq;
Rezervasiyaları idarə etmək, qonaqların xüsusi istəklərini öyrənmək və bu barədə xidmət və mətbəx heyətini vaxtında məlumatlandırmaq;
Böyük qruplar və xüsusi tədbirlər üçün rezervasiyaların düzgün planlaşdırılmasını və təşkilini həyata keçirmək;
Qonaqları uyğun masalara yönləndirmək, menyu, kampaniyalar və dəyişikliklər barədə məlumat vermək;
Qida və içki menyusu haqqında məlumatlı olmaq, lazım olduqda qonaqlara ətraflı izah təqdim etmək;
Qonaqlarla ünsiyyət quraraq onların məmnunluq səviyyəsini izləmək, şikayətləri operativ və peşəkar şəkildə həll etmək;
Vəzifə üzrə əsas tələblər:
Yüksək ünsiyyət bacarıqları və nəzakətli davranış;
Səliqəli xarici görünüş və təqdimat bacarığı;
Komandada işləmək və stresli vəziyyətlərdə operativ qərar vermək bacarığı;
İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dilini bilmək isə üstünlükdür.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Iris Hotel Baku
İş qrafiki: Part-time
Əmək haqqı: 400 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Hostess” başlığı ilə göndərə bilərlər.