
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin);
Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək.
Tələblər:
Hüquq sahəsi üzrə ali təhsil (magistratura təhsili üstünlükdür);
Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi üstünlükdür;
AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.