Şirkətimiz üçün hüquqi məsələlərin idarə olunması, müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi istiqamətində çalışacaq Hüquqşünas axtarırıq.
Əsas vəzifələr:
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
Müxtəlif hüquqi sənədlərin hazırlanması;
Şirkətin fəaliyyətinə dair hüquqi məsələlərin araşdırılması;
Hüquqi risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi;
Qarşı tərəflərlə müqavilə danışıqlarında iştirak;
Şirkətin maraqlarının hüquqi baxımdan qorunması;
Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və aidiyyəti struktur bölmələrin məlumatlandırılması.
Tələblər
Hüquq üzrə ali təhsil;
Ən azı 2 il hüquq sahəsində iş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək;
Müqavilələrlə işləmə üzrə praktiki təcrübə;
Analitik düşüncə və hüquqi araşdırma bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
Azərbaycan dili – əla;
İngilis dili – yaxşı səviyyədə;
MS Office proqramlarını bilmək.
Aşağıdakı sahələr üzrə təcrübə əlavə üstünlük hesab olunur:
İT şirkətində, texnologiya və ya telekommunikasiya sektorunda iş təcrübəsi;
NDA və məxfilik müqavilələri;
SLA və digər kommersiya müqavilələri;
İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ilə bağlı hüquqi məsələlər;
Əqli mülkiyyət hüququ.
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.