“Premium Bank” ASC Hüquq departamentinin Aparıcı hüquqşünas vakansiyasını elan edir.
İşin təsviri:
Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
Müqavilələrin hüquqi ekspertizasının aparılması;
Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması və tətbiqi ilə bağlı yaranmış sualların cavablandırılması;
İdarə Heyətinin protokollarının hazırlanması və uçotun aparılması;
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
Hüquq departamentinə daxil olan sorğuların cavablandırılması və görülmüş işlərin uçotunun aparılması;
Bankın aidiyyəti struktur bölmələrinin işçilərinə etibarnamələrin hazırlanması;
Bankın struktur bölmələrinin iş fəaliyyətində hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylərin və/ və ya məsləhətlərin verilməsi;
Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi.
Namizədə dair tələblər:
Ali hüquqi təhsilinin olması;
Azərbaycan Respublikasının bank, mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
MS Office proqramlarından istifadə etmə bacarığı;
Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübənin olması arzuolunandır;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
İş şəraiti:
İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.