
EVROSTAR MMC Təcili HR MENECER tələb olunur!
EVROSTAR MMC kadr siyasətini və insan resursları idarəetmə sistemini peşəkar şəkildə idarə edə biləcək, təcrübəli və nəticəyönümlü HR Menecer vəzifəsinə namizəd axtarır.
İş şəraiti
Əmək haqqı: 1 200 - 1400 AZN (təcrübə üzrə)
İş rejimi: Tam iş günü, həftədə beş gün
Əsas məqsəd
HR Menecer şirkətin bütün kadr proseslərinin vahid şəkildə idarə edilməsinə, effektiv HR sisteminin qurulmasına, əməkdaşların düzgün seçilməsi və yerləşdirilməsinə, əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılmasına və işçi heyətinin inkişafına cavabdeh olacaq.
Əsas vəzifələr
Kadr şöbəsinin gündəlik fəaliyyətinə tam rəhbərlik etmək
Şirkətin HR siyasətini və prosedurlarını hazırlamaq və tətbiq etmək
İşçi ehtiyaclarını müəyyənləşdirmək və vakansiyaların idarə olunmasını təşkil etmək
Namizədlərin axtarışı, seçimi, müsahibəsi və işə qəbul prosesini idarə etmək
Yeni əməkdaşların adaptasiya və onboarding prosesini qurmaq
İşçi şəxsi işlərinin və kadr sənədlərinin düzgün aparılmasına nəzarət etmək
Əmək müqavilələri, əmrlər, məzuniyyətlər, ezamiyyətlər və digər kadr prosedurlarını idarə etmək
Əmək qanunvericiliyinə uyğun kadr uçotunun aparılmasını təmin etmək
Əməkdaşların davamiyyət və iş intizamına nəzarət mexanizmlərini qurmaq
İşçilərin performans qiymətləndirilməsi sistemini hazırlamaq və tətbiq etmək
Əməkdaşların motivasiya və inkişaf proqramlarını hazırlamaq
Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək
İşçi dövriyyəsinin səbəblərini təhlil etmək və azaldılması üçün tədbirlər görmək
HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
Kadr ehtiyatının formalaşdırılmasını təmin etmək
Vəzifə təlimatlarının hazırlanması və yenilənməsini təşkil etmək
Şirkətin struktur və ştat məsələlərini idarə etmək
Əməkdaşlarla bağlı daxili prosedurların hazırlanmasında iştirak etmək
HR auditlərinin keçirilməsini və aşkar olunan çatışmazlıqların aradan qaldırılmasını təmin etmək
Rəhbərliyə əməkdaşlarla bağlı peşəkar HR məsləhətləri vermək.
Tələblər
İnsan resursları sahəsində minimum 5 il peşəkar iş təcrübəsi
HR proseslərinin bütün mərhələlərini praktiki bilməsi
Kadr uçotu və əmək qanunvericiliyi üzrə yaxşı bilik
İşə qəbul və seçim prosesində təcrübə
Performans qiymətləndirmə sistemləri üzrə anlayış və praktiki bacarıq
Əməkdaşların motivasiyası və inkişafı üzrə təcrübə
HR sənədləşməsi və hesabatların hazırlanması bacarığı
Güclü liderlik və komanda idarəetmə qabiliyyəti
Analitik düşüncə və problem həll etmə bacarığı
Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı
MS Office proqramlarında yaxşı işləmək bacarığı
Müstəqil qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti.
Üstünlük veriləcək
HR sistemini yalnız icra edən deyil, onu quran və inkişaf etdirən namizədlərə üstünlük veriləcək.
Xüsusilə aşağıdakı sahələr üzrə praktiki təcrübəsi olan namizədlər arzuolunandır:
HR strategiyasının hazırlanması
Kütləvi işə qəbul və böyük işçi heyətinin idarə edilməsi
Ştat və struktur planlaşdırılması
KPI və performans sistemlərinin qurulması
İşçi motivasiya sistemlərinin hazırlanması
HR analitikası və hesabatlılıq
Əməkdaşların adaptasiya və inkişaf proqramları
Əmək qanunvericiliyinə uyğun kadr sisteminin təşkili.
Biz nə axtarırıq?
Bizə yalnız kadr sənədlərini aparan əməkdaş yox, şirkətin insan resursları sisteminə rəhbərlik edə biləcək, prosesləri sistemləşdirəcək və rəhbərliyə real nəticə təqdim edəcək peşəkar HR rəhbəri lazımdır.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.