Namizədə olan tələblər:
Təhsil: Ali;
İR əməliyyatları və əmək haqqı hesablanması üzrə 2 il iş təcrübəsi;
Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
Məsuliyyətli, çevik və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:
Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
Hesabatların rəhbərliyə təqdim olunması;
Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
Müvafiq proqram təminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
Servis xidməti (20 Yanvar, Gənclik və Sumqayıt istiqamətlərinə) ;
Nahar.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.