
Əmək Haqqı: Razılaşma yolu ilə
İş Şəraiti
5 günlük iş həftəsi
Nahar şirkət tərəfindən təmin olunur
Nahar fasiləsi: 13:00 - 14:00
Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, Masazır dairəsi)
Əsas Vəzifələr:
Şirkətin mağazaları üzrə işçi tələbatını müəyyən etmək və işə qəbul planını icra etmək;
Mağaza rəhbərləri ilə daimi əlaqə saxlamaq, planlaşdırılan vakansiyaları müəyyən etmək və işçi ehtiyaclarını operativ şəkildə qarşılamaq;
Vakansiya elanlarını hazırlamaq, uyğun platformalarda paylaşmaq və daimi yeniləmək;
CV-lərin təhlilini aparmaq, namizədlərin ilkin seçimi və müsahibə mərhələlərini təşkil etmək;
Müsahibələri planlaşdırmaq, namizədləri qiymətləndirmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
İş təklifi prosesini koordinasiya etmək və namizədlərlə davamlı kommunikasiya aparmaq;
Uğursuz namizədlərə seçim prosesinin nəticələri ilə bağlı vaxtında və peşəkar şəkildə geridönüş vermək;
Açıq Qapı Günləri və kütləvi işə qəbul tədbirlərini təşkil etmək və koordinasiya etmək;
Şirkəti karyera sərgilərində, universitet tədbirlərində və digər işə qəbul platformalarında təmsil etmək;
İşdən ayrılan əməkdaşlarla çıxış (Exit) müsahibələri keçirmək, əldə olunan məlumatları analiz etmək və rəhbərliyə təkmilləşdirmə təklifləri təqdim etmək;
Əmək bazarını və fashion retail sektorundakı işə qəbul trendlərini izləmək, yeni namizəd cəlbetmə kanallarını araşdırmaq;
HR sənədləşməsini və işə qəbul prosesinin şirkətin daxili prosedurlarına uyğun icrasını təmin etmək;
Employer Branding fəaliyyətlərinin həyata keçirilməsində və şirkətin işə götürən brendinin gücləndirilməsində aktiv iştirak etmək.
Namizəd Tələbləri:
İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
İşə qəbul sahəsində minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür);
Müsahibələrin keçirilməsi, namizəd qiymətləndirilməsi və kompetensiya əsaslı müsahibə metodları üzrə biliklər;
İşə qəbul platformaları, sosial media və alternativ namizəd cəlbetmə kanalları ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür;
Güclü kommunikasiya, təqdimat, təşkilatçılıq və analitik düşünmə bacarıqları;
Yüksək məsuliyyətlilik, nəticəyönlülük və komanda ilə effektiv işləmək bacarığı.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar "CV"-lərini mövzu hissəsində vəzifə adını "İşə Qəbul Mütəxəssisi" qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 29.08.2026