
Vəzifə öhdəlikləri:
İnsan Resursları, İşə Qəbul və İnzibati işlər funksiyalarının gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək, nəticələr barədə Departament rəhbərinə hesabat vermək;
İnsan Resursları və İnzibati işlər üzrə cari və perspektiv ehtiyacların müəyyənləşdirilməsində, fəaliyyət və işçi qüvvəsi planlarının hazırlanmasında iştirak etmək və müvafiq təkliflər təqdim etmək;
Tabeliyində olan əməkdaşların iş bölgüsünü və prioritetlərini müəyyənləşdirmək, tapşırıqların vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək;
İşə qəbul, vəzifə və struktur dəyişiklikləri, əmək haqqı dəyişiklikləri, işdən azad edilmə və digər kadr hərəkətlərinin qanunvericiliyə və Şirkətin daxili qaydalarına uyğun sənədləşdirilməsini təmin etmək;
Şəxsi heyətin uçotunun, şəxsi işlərin, arayışların, mükafatlandırma, intizam və digər HR sənədlərinin düzgün hazırlanmasını, saxlanılmasını və aktuallığını təmin etmək;
Şirkətin işçi qüvvəsi tələbatının müəyyənləşdirilməsində iştirak etmək, təsdiqlənmiş tələbat əsasında işə qəbul planının hazırlanmasını və icrasını təşkil etmək;
İşə Qəbul funksiyasını koordinasiya etmək, vakansiyaların prioritetləşdirilməsi, namizədlərin axtarışı və seçimi, müsahibələrin təşkili, iş təkliflərinin verilməsi və işə qəbul proseslərinin vaxtında icrasını təmin etmək;
Yeni əməkdaşların adaptasiya prosesini koordinasiya etmək, əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq tədbirlərin təşkilində iştirak etmək;
Məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının uçotunu və sənədləşdirilməsini, həmçinin əmək və icra intizamı üzrə proseslərin düzgün aparılmasını təmin etmək;
HR göstəricilərini, o cümlədən işə qəbul müddəti, namizəd keyfiyyəti, işçi dövriyyəsi və digər əsas göstəriciləri təhlil etmək, dövri hesabatların hazırlanmasını və HR sistemlərində məlumatların düzgünlüyünü təmin etmək;
Şirkətin inzibati fəaliyyətini idarə etmək, ofis və digər fəaliyyət sahələrinin mal-material, inventar, avadanlıq, nəqliyyat, rabitə, kommunal, təsərrüfat və digər inzibati xidmətlərlə təmin olunmasını, eləcə də təchizatçı və podratçıların fəaliyyətini koordinasiya etmək;
İnsan Resursları və İnzibati işlər üzrə proseslərin effektivliyini qiymətləndirmək, standartlaşdırma, avtomatlaşdırma və təkmilləşdirmə təklifləri hazırlamaq, qanunvericiliyə və Şirkətin daxili qaydalarına riayət etmək, xidməti və şəxsi məlumatların məxfiliyini qorumaq.
Vəzifə tələbləri:
İnsan Resursları sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə üstünlükdür);
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik;
Kadr kargüzarlığı və HR sənədləşməsi;
İşə qəbul və müsahibə metodları;
Adaptasiya və işçi inkişafı prosesləri;
Performansın qiymətləndirilməsi prinsipləri;
Əmək intizamının idarə edilməsi;
İnzibati və təsərrüfat proseslərinin təşkili;
MS Office proqramlarını, xüsusilə Excel (Power Query, Pivot Table, Power Pivot və mürəkkəb maliyyə modelləri) yüksək səviyyədə bilməsi;
Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarığı;
Komandanın idarə edilməsi, əməkdaşların inkişafı və funksiyalararası komandalarla effektiv əməkdaşlıq bacarığı;
Sıx iş qrafiki və qısa müddətli tapşırıqlar şəraitində prioritetləri düzgün müəyyənləşdirərək nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
Yüksək səviyyədə məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət, dəqiqlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri;
Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməsi; rus dili biliyi üstünlükdür.
Əlavə məlumat:
İşəgötürən: Eden Agro MMC
Struktur: İnsan resursları və inzibati işlər departamenti
Birbaşa rəhbər: İnsan resursları və inzibati işlər departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Maraqlanan şəxslər öz CV formalarını "İnsan resursları və inzibati işlər üzrə menecer" başlığı ilə [email protected] elektron poçt ünvanına 28.08.2026 tarixinə qədər göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.