Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;
Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;
Əməkhaqqının hesablanması və payroll proseslərinin icrası;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;
Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;
Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;
İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;
Gündəlik, həftəlik və aylıq HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;
İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür);
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
ƏMAS sistemi ilə işləmə bacarığı;
Payroll və əməkhaqqı hesablamaları üzrə biliklər;
MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12M;
Əməkhaqqı: 800 AZN;
Nahar şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İnsan Resursları üzrə Mütəxəssis" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.