Vəzifə öhdəlikləri:
Kadr əməliyyatlarının aparılması: işə qəbul, məzuniyyət və işdən azad olma və b. üzrə əmrlərin və sənədlərin hazırlanması
Əmək müqavilələrinin, əlavələrin və şəxsi işlərin tərtibi, qeydiyyatı və arxivləşdirilməsi
ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi
İşçi davamiyyətinin gündəlik izlənilməsi və uçotu
Aylıq iş vaxtı tabelinin hazırlanması və əməkhaqqı hesablanması üçün ilkin məlumatların (prepayroll) maliyyə şöbəsinə təqdim edilməsi
Yeni işçilər üçün onboarding prosesinin təşkili - ilk gün, sənədləşmə, tanışlıq və adaptasiya dövrünün izlənilməsi
Təlimlərin təşkili - ehtiyacların toplanması, planlaşdırma, iştirakın və nəticələrin qeydiyyatı
Vakansiyalar üzrə daxil olan CV-lərin qəbulu və rəhbərə ötürülməsi
HR hesabatları və reyestrlərin (işçi bazası, məzuniyyət qrafiki və s.) aktual saxlanılması
Tələblər:
Ali təhsil (İR, menecment və ya hüquq ixtisası üstünlükdür)
İR sahəsində 1-3 il mütəxəssis, 3+ il aparıcı iş təcrübəsi
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə praktiki bilik
Onboarding və təlim proseslərinin təşkili təcrübəsi
İngilis dilini işçi səviyyədə bilmək (rus dili üstünlükdür)
MS Office (xüsusilə Excel və Word) ilə sərbəst işləmək
Diqqətlilik, məxfiliyə hörmət, sənədlə işdə dəqiqlik
Təklif edirik:
Dinamik və peşəkar iş mühiti
Aparıcı turizm şirkətində İR funksiyasının inkişafında birbaşa iştirak
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “İR üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.