Vəzifə öhdəlikləri:
SOCAR Qrupu üzrə IT Governance modelinin formalaşdırılması, tətbiqinin koordinasiyası və davamlı təkmilləşdirilməsi üzrə fəaliyyətləri həyata keçirmək;
İT siyasətlərini, standartlarını, prosedurlarını, metodologiyalarını və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqinə metodoloji dəstək göstərmək;
İT idarəetməsi sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin təhlilini aparmaq, onların SOCAR Qrupunda tətbiqi və uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
SOCAR Qrupu üzrə İT risklərinin idarə olunması proseslərini koordinasiya etmək, müəssisələrə metodoloji dəstək göstərmək, İT risk reyestrlərini konsolidasiya etmək və korporativ səviyyədə İT risklərinin monitorinqini həyata keçirmək;
SOCAR Qrupu müəssisələri, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə İT idarəetməsi istiqamətində qarşılıqlı əlaqəni və koordinasiyanı təmin etmək;
İT idarəetməsi sahəsində qanunvericilik, normativ-hüquqi aktlar və digər tənzimləyici tələbləri izləmək, onların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
İT idarəetməsi üzrə məlumatları təhlil etmək, analitik hesabatlar, təqdimatlar və rəhbərlik üçün qərarverməni dəstəkləyən materiallar hazırlamaq.
Tələblər:
İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
İT idarəetməsi (IT Governance), İT risklərinin idarə olunması (IT Risk Management) və ya əlaqəli sahələr üzrə minimum 4 il iş təcrübəsi;
İT idarəetmə prinsipləri və çərçivələri üzrə biliklər;
Risklərin idarə olunması metodologiyaları və daxili nəzarət prinsipləri üzrə biliklər;
İT siyasətlərinin, standartlarının, prosedurlarının və digər normativ sənədlərin hazırlanması prinsipləri üzrə biliklər;
İT idarəetməsi sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə biliklər;
İT sahəsində normativ-hüquqi aktlar və tənzimləyici tələblər üzrə biliklər;
Analitik düşünmə, problem həll etmə, məlumatların təhlili, analitik hesabat və təqdimatların hazırlanması bacarığı;
Müəssisələr, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və koordinasiya bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada səmərəli işləmək bacarığı;
İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Üstünlük hesab olunur:
COBIT, ITIL, ISO/IEC 27001, ISO 31000, NIST CSF və digər müvafiq beynəlxalq standart və çərçivələr üzrə praktiki bilik və ya iş təcrübəsi;
CGEIT, CRISC və ya IT Governance və IT Risk Management istiqamətində digər müvafiq peşəkar sertifikatlara malik olmaq.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.