
Nəyi bilməlidir:
Azərbaycan dili sərbəst, ingilis dili texniki sənədləri oxumaq səviyyəsində;
Periferik və şəbəkə qurğularla işləmək;
“Windows” əməliyyat sistemi;
Windows server və Acitve Director ilə praktiki iş bacarığı;
Ethernet, IP və şəbəkə cihazlarının iş prinspiləri;
VMWare;
Microsoft Office programları.
Nəyi bacarmalıdır:
Yüksək davranış və ünsiyyət;
Düzgün təhliletmə və qərarvermə;
Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
Detallara diqqət yetirmə;
Çeviklik;
Punktuallıq.
Xüsusi tələblər:
İT sahəsində ən azı 2 il iş təcrübəsi (otel və ya çoxşöbəli obyektdə təcrübə üstünlükdür)
Virtual mühitin idarə olunması təcrübəsi
Şəbəkə biliyi: VLAN, marşrutlaşdırma, firewall
Backup sistemləri ilə iş təcrübəsi
Otel idarəetmə və kassa sistemləri ilə tanışlıq üstünlükdür
Problemi müstəqil diaqnoz etmək və sənədləşdirmək bacarığı
Aidiyyatı sahə üzrə ali təhsil üstünlükdür.
Səliqəli xarici görünüş.
Gözlənilən davranışlar:
Nizam-intizamlı;
E-mail culture;
Komandada işləmə və düzgün idarəetmə;
Ezama açıq.
İş şəraiti:
İş qrafiki: 5 günlük;
AR ƏM -nə müvafiq sənədləşmə;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Nahar şirkət tərəfindən verilir;
İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vəzifə öhdəlikləri:
Serverlərin, şəbəkənin və iş stansiyalarının gündəlik dəstəyi
Otel idarəetmə və kassa sistemlərinin işləkliyinin təmin edilməsi, təchizatçılarla koordinasiya
Backup proseslərinin izlənməsi və bərpa testlərinin aparılması
İstifadəçi hesablarının və giriş hüquqlarının idarə olunması
Avadanlığın inventarizasiyası və sənədləşdirilməsi
İnformasiya təhlükəsizliyi qaydalarına riayətin təmin edilməsi
Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “IT mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər.