
Tələblər:
Satış sahəsində minimum 2-3 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə, satış müdiri vəzifələrində təcrübə üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək;
Güclü ünsiyyət, təqdimat qabiliyyəti;
Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
Sürücülük vəsiqəsi (B və ya BC kateqoriyası).
Vəzifə öhdəlikləri:
Təyin olunmuş bölgədəki filiallara müntəzəm baxış keçirmək, planlı və audit yönümlü mağazaları ziyarət etmək;
Əməliyyat standartlarına (təmizlik, məhsul keyfiyyəti, xidmət və əməkdaş davranışı) riayət olunmasını yoxlamaq;
Mağaza səviyyəsində marketinq materiallarının (banner, broşür) yerləşdirilməsinə nəzarət etmək;
Regional kompaniyaları (açılış, endirim aksiyaları) planlaşdırmaq və icra etmək;
Yerli tərəfdaşlıq və sponsorluq imkanlarını araşdırmaq;
Xidmət keyfiyyətini qiymətləndirmək və yerində problemləri həll etmək;
İstifadə müddəti bitmiş və ya satış üçün yararsız məhsulların vaxtında dövriyyədən çıxarılmasına nəzarət etmək;
İşçilərin daxili əmək intizamına və etik davranış qaydalarına riayət etməsini izləmək;
Müştəri məmnuniyyətini qiymətləndirmək, aşkar olunan problemlərin operativ həllini təşkil etmək;
Filial rəhbərləri və əməkdaşlarla koordinasiyalı işləyərək əməliyyat dəstəyi göstərmək;
Mağazalara işçilərin işə qəbulu prosesinin təşkilində iştirak etmək;
Aşkar olunan pozuntular barədə akt və hesabatlar hazırlamaq, aradan qaldırılması üçün tədbirlər planı tərtib etmək və icrasına nəzarət etmək;
Həftəlik və aylıq fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
İş rejimi:
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı 1500 AZN (Gross) + bonus
Təminatlar:
Avtomobil şirkət tərəfindən təmin olunur.
Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnzibati və Marketinq koordinatoru” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-500-79-12 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.