Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili; üstünlük texniki, menecment, standartlaşdırma və metallurgiya istiqamətləri üzrə təhsilə verilir.
Keyfiyyətə nəzarət sahəsində minimum 4 il iş təcrübəsi.
ISO 9001:2015 standartı üzrə müvafiq sertifikata malik olmaq.
ISO/IEC 17025 standartı üzrə sertifikatın olması üstünlükdür.
Qaynaq işləri və metal konstruksiyalar üzrə biliklər.
Texniki sənədlərlə işləmə və hesabatların hazırlanması bacarığı.
Kompüter proqramlarından, xüsusilə MS Office proqramlarından istifadə bacarığı.
Keyfiyyətə nəzarət və standartlaşdırma üzrə biliklər.
Texniki sənədlərin və keyfiyyət göstəricilərinin təhlili bacarığı.
Məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.
Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
İstehsal olunan metal konstruksiyaların texniki tələblərə uyğunluğuna nəzarət və təhvil-təslim prosesinin təşkili;
İstehsalat sahəsində görülən işlərin keyfiyyətinə nəzarət;
Qaynaq və sinkləmə proseslərinin texniki tələblərə uyğunluğunun yoxlanılması;
Boya örtüyünün tətbiqi prosesində keyfiyyətinin yoxlanılması və təşkil edilməsi;
Şöbə daxilində fəaliyyət göstərən inspektorların iş bölgüsünün və fəaliyyətinin təşkili;
Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, araşdırılması və aradan qaldırılması prosesinə nəzarət;
Texniki çertyoj, spesifikasiya, standart və layihə tələblərinin icrasına nəzarət;
İstehsalat, keyfiyyətə nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək;
İş şəraiti
İş qrafiki: 09:00–18:00, həftədə 5 iş günü
İş yeri: Sumqayıt
Biz nə təklif edirik?
Tibbi sığorta
Yüksək komanda ruhuna malik iş mühiti
Peşəkar inkişaf və zəngin iş təcrübəsi əldə etmək imkanı
Nahar ilə təmin olunma
Nəqliyyat xidməti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.