
Vəzifə və öhdəliklər:
Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;
Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;
Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;
Təchiz olunan malların elektron qaimələr, sifariş sənədləri və digər müvafiq sənədlər əsasında yoxlanılması;
Elektron qaimələrdə məhsul adı, miqdar, qiymət və digər məlumatların sifariş və faktiki təhvil-təslim göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;
Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;
Müqavilələr üzrə qiymət, ödəniş, çatdırılma, keyfiyyət və digər şərtlərin icrasına nəzarət edilməsi;
Müqavilələrin qüvvədə olma müddətlərinin və yenilənmə tarixlərinin izlənilməsi;
Təchizatçıların ödəniş və hesablaşmaları ilə bağlı Maliyyə şöbəsi ilə koordinasiyanın təmin edilməsi;
Təchizatçı şirkətlərlə aylıq üzləşmələrin və hesabatların hazırlanması;
Maliyyə şöbəsi ilə birlikdə aylıq təchizat və maliyyə hesabatlarının hazırlanması və məlumatların dəqiqliyinin yoxlanılması;
Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
Təchizat üzrə sənədlərin düzgün, tam və vaxtında hazırlanması, sistemləşdirilməsi və aidiyyəti şöbələrə təqdim edilməsi;
Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi;
Təchizat prosesi üzrə mütəmadi hesabatların, statistik məlumatların və analizlərin hazırlanması;
Rəhbərliyə təchizat prosesi, qiymət dəyişiklikləri, təchizatçıların fəaliyyəti və yaranmış problemlərlə bağlı müvafiq məlumatların təqdim edilməsi;
Təchizat proseslərinin daha səmərəli, operativ və sistemli təşkili ilə bağlı təkliflərin hazırlanması;
Şirkətin daxili prosedur və qaydalarına uyğun olaraq təchizat proseslərinin həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.Tələblər:
Tələblər
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət və analitik düşünmə bacarığı;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;
Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.
İş qrafiki və şirkət tərəfindən təminatlar
İş qrafiki: 5 iş günü;
Şənbə və bazar günləri istirahət;
Nahar şirkət tərəfindən təmin edilir;
İş üçün mobil nömrə təqdim edilir.
Əmək haqqı 800-1000 Azn
Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər: