Vəzifə öhdəlikləri:
Baş mühəndis rəhbərliyi altında layihələrin idarə edilməsi prosesinə yaxından dəstək göstərmək;
Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
Layihələrin icrası ilə bağlı sənədlərin (qiymət təklifi, layihə tapşırığı, məktublar, təhvil-təslim aktları, arayışlar, hesabatlar və s.) hazırlanmasını və müvafiq qaydada rəsmiləşdirilməsini təşkil etmək;
Layihənin miqyası, iş həcmi və icra müddətinə əsasən iş bölgüsünü aparmaq, iş qrafikini hazırlamaq və onun icrasına nəzarət etmək;
Layihələndirmə və tikinti prosesində sifarişçi, podratçı, layihəçilər və müqavilə əsasında cəlb olunan kənar mütəxəssislər arasında koordinasiyanı təmin etmək;
Layihə iştirakçıları və müxtəlif bölmələr iştirakçılar arasında məlumat mübadiləsini və koordinasiyasını təşkil etmək;
Layihənin icra vəziyyətini izləmək, işlərin müəyyən edilmiş müddətlərə uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək və yaranan məsələlərin aidiyyəti şəxslərlə koordinasiyasını təmin etmək;
Layihə-smeta sənədlərinin qüvvədə olan normativ tələblərə, texniki şərtlərə və layihə tapşırığına uyğunluğunu yoxlamaq;
Layihələrin aidiyyəti dövlət qurumları və təşkilatlarla razılaşdırılması prosesini koordinasiya etmək;
Layihələrin ekspertiza prosesini izləmək, bu çərçivədə qaldırılan məsələlərin aidiyyəti layihəçilər tərəfindən həllini koordinasiya etmək və müvafiq rəylərin alınmasını təmin etmək;
Layihə üzrə daxil olan məktub, irad, rəy və digər sənədlərin aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək, həmçinin onların cavablandırılması prosesini izləmək;
Layihələrin icra vəziyyəti barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək.
Namizəd bilməlidir:
Layihələndirmə metodlarını;
Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
Layihələrin idarə edilməsi və layihələndirmə proseslərinin təşkili prinsiplərini;
Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübəni;
Tikinti və layihələndirmə sahəsinə aid normativ-texniki sənədləri və əsas tələbləri;
Layihə-smeta sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarını;
Layihələrin aidiyyəti qurumlarla razılaşdırılması və ekspertiza prosesinin təşkili prinsiplərini;
Layihələrin planlaşdırılması, iş bölgüsünün aparılması və icra müddətlərinin izlənilməsi metodlarını;
Sənədləşmə, yazışma və layihə arxivinin təşkili qaydalarını.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Layihələrin idarə edilməsi və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi;
Layihələndirmə prosesləri və layihə-smeta sənədləri ilə işləmək təcrübəsi;
Tikinti norma və qaydalarına dair biliklər;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
AutoCAD proqramında işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dili bilikləri arzuolunandır);
Sənədlərlə işləmə və koordinasiya bacarığı;
Bir neçə layihəni eyni vaxtda idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
Komandada işləmək bacarığı;
Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
İşəqəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.