“İsmayıllı filialına Lombard kreditləri üzrə mütəxəssis” axtarılır!
Tələblər:
Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahələrdə Bakalavr dərəcəsi.
MS Office proqramlarında işləmək bacarığı
Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı.
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək
Müştəriləri maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək
Kreditləşdirmə üçün lazimi sənədlərin tərtibatı
Kredit müddəti bitənədək müştərilərlə əlaqədə olub, onları nəzarətdə saxlamaq
Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi
Müdiriyyət tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək.
İş şəraiti:
İş rejimi: 6/1
Ünvan: İsmayıllı filialı
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İsmayıllı filialına Lombard kreditləri üzrə mütəxəssisi" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.