
Tələblər:
Ali və ya orta ixtisas təhsili;
Səlis Azərbaycan dili;
Yaş həddi: 21-30 yaş;
Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı;
Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı.
Vəzifə öhdəlikləri:
Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
Sorğu və hesabat formalarını təşkil etmək;
Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Bizim sizə təklifimiz:
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Gələcək karyeranızın qurulması üçün geniş şərait.
Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.