BOKT “Caspian İnvest” MMC Tovuz filialına “Mikro və Biznes kreditləri mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
Əmək haqqı: Müsahibə uyğun təyin olunacaqdır.
İstirahət günləri: Bazar günü.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vəzifə öhdəlikləri:
Mikro və kiçik sahibkarlarla əməkdaşlıq qurmaq və kredit müraciətlərini qəbul etmək
Biznes fəaliyyətinin yerində (obyektdə) təhlilini aparmaq
Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək
Kredit portfelinin idarə olunması və geri ödənişlərə nəzarət
Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması
Kredit sənədlərinin düzgün və tam tərtibini təmin etmək
Namizədə tələblər:
Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə üstünlük verilir)
Mikro və ya biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
Satış və müştəri xidmətləri sahəsində bacarıq;
Analitik və tənqidi düşünmə qabiliyyət
Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü iş prinsipi
Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı;
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Biz təklif edirik:
Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Tovuz filialına Mikro və Biznes kreditləri bölməsinin mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.