Namizədə olan tələblər:
Ali təhsil;
Logistika/ beynəlxalq daşımalar/ gömrük sahəsində ən azı 1–2 il iş təcrübəsi;
CRM sistemləri (Bitrix24 üstünlükdür) ilə iş təcrübəsi;
Beynəlxalq daşıma sənədləri (İnvoys, Packing List, CMR, Etibarnamə) ilə iş bacarığı;
Incoterms 2020 şərtləri barədə anlayış;
Gömrük rəsmiləşdirilməsi prosesləri barədə ümumi anlayış;
Azərbaycan dili səlis, rus və ingilis dili biliyi yüksək səviyyədə;
MS Office proqramlarından sərbəst istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Malın həcm və çəki məlumatlarının, yükləmə ünvanının və daşıma üçün lazım olan bütün digər məlumatların istehsalçı ilə dəqiqləşdirilməsi;
Daşıyıcılara daşıma sorğularının verilməsi;
Daşıma müqavilələrinin hazırlanması;
Yük sənədlərinin istehsalçıdan tələb edilməsi və uyğunluğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi;
Zərurət yarandıqda İnvoys, Packing List, CMR, Etibarnamə və Məktub tipli sənədlərin hazırlanması;
Daşımanın təşkili və malın son məntəqəyə çatdırılmasınadək sifarişin izlənilməsi;
Daşıma ilə bağlı ödəniş müraciətlərinin rəhbərliyə təqdim edilməsi və ödənişlərin icrasına nəzarət.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları: 08:30-17:30.
İş yeri: Port Baku Tower 2;
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2514&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.