
Vəzifə öhdəlikləri:
Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq;
Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq;
Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək;
Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
Tələblər:
Yaş həddi: 22-25
Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
MS Excel proqramından istifadə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:
İş saatı: 10:00- 19:00
İş yeri: Bakı şəhəri
İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00;
Əmək haqqı: 500-700 manat arası
İş ünvanı Bakıxanov,Hüseyn Ərəblinski
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.