Madina Group MM MMC Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü (5 gün)
İş saatları: 09:00 – 18:00
Nahar fasiləsi: 13:00 – 14:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri
Şirkətin illik büdcəsinin, maliyyə planlarının və pul vəsaitlərinin hərəkəti proqnozlarının hazırlanmasında iştirak edilməsi;
Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlil edilməsi, faktiki göstəricilərin büdcə və proqnozlarla müqayisə olunması;
Rəhbərlik üçün idarəetmə hesabatlarının, analitik arayışların və təqdimatların hazırlanması;
Gəlir, xərc, mənfəətlilik, likvidlik və digər əsas maliyyə göstəricilərinin təhlil edilməsi;
Debitor və kreditor borclarının, ödəniş qrafiklərinin və pul axınlarının izlənilməsi;
Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və gündəlik maliyyə hərəkətlərinin icrasında iştirak edilməsi;
Müqavilələrin maliyyə şərtlərinin yoxlanılması, ödəniş və hesablaşmalar üzrə sənədlərin düzgünlüyünə nəzarət edilməsi;
Yeni layihələr və investisiya təşəbbüsləri üzrə maliyyə modellərinin və iqtisadi səmərəlilik hesablamalarının hazırlanması;
Maliyyə məlumatlarının tamlığının və düzgünlüyünün təmin edilməsi üçün mühasibatlıq və digər struktur bölmələri ilə koordinasiyalı işlənilməsi;
Audit və yoxlama prosesləri üçün tələb olunan maliyyə məlumatlarının və təsdiqedici sənədlərin hazırlanması;
Maliyyə proseslərinin optimallaşdırılması, daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və xərclərə qənaət imkanları üzrə təkliflərin verilməsi.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə, büdcələmə və ya maliyyə təhlili sahəsində minimum 3 il iş təcrübəsi;
Büdcələmə, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlarının hazırlanması üzrə praktiki biliklər;
Maliyyə hesabatları və beynəlxalq maliyyə hesabatı standartları (MHBS/IFRS) üzrə baza bilikləri;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı; 1C və ya digər ERP proqramları üzrə təcrübə üstünlükdür;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
Güclü analitik düşünmə, dəqiqlik, məsuliyyət, vaxtın idarə edilməsi və komandada işləmə bacarıqları.
Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini “Maliyyə mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.