
Vəzifə öhdəlikləri
Şirkətin marketinq strategiyasının hazırlanması;
Marketinq kampaniyalarının planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini təhlil etmək və hesabatlar hazırlamaq;
Müştəri ehtiyaclarını araşdırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək;
Brendin tanıtımı istiqamətində marketinq tədbirlərinin təşkili və icrasını təmin etmək;
Sərgi, konfrans, təqdimat və digər korporativ tədbirlərin təşkilində iştirak etmək;
Reklam və çap materiallarının (broşür, kataloq, buklet, banner və s.) hazırlanmasını koordinasiya etmək;
Tərəfdaşlarla, reklam agentlikləri və təchizatçılarla əməkdaşlıq etmək;
Marketinq büdcəsinin icrasında iştirak etmək və xərclərə nəzarət etmək;
Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışın artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini həyata keçirmək;
Müştəri məmnuniyyəti və brend tanınırlığının artırılması istiqamətində təkliflər hazırlamaq;
Marketinq fəaliyyətlərinin nəticələrini analiz etmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
Reklam kompaniyaları haqqında anlayış;
İş şəraiti
Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.