
Əsas vəzifə öhdəlikləri:
Korporativ müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
Şirkətlərdə tibbi seminarların və maarifləndirici tədbirlərin təşkil edilməsi;
Xəstəxana ilə müqaviləsi olan korporativ şirkətlərin WhatsApp qruplarının idarə edilməsi və operativ koordinasiyası;
Korporativ müştərilərlə gündəlik kommunikasiya və əməkdaşlığın koordinasiyası;
Şöbənin digər cari işlərinin icrası.
Namizədə tələblər:
Rus dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı – əsas tələbdir;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Korporativ müştərilərlə işləmə bacarığı;
Təşkilatçılıq və koordinasiya qabiliyyəti;
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
MS Office və gündəlik kommunikasiya vasitələrindən istifadə bacarığı.
Əmək haqqı:
Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Korporativ Marketing mütəxəssisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.