
Namizəd birbaşa Marketing Director ilə çalışacaq və ticarət mərkəzinin mağazaları və icarəçiləri ilə marketinq istiqamətində koordinasiya aparacaq.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Mağazalar və icarəçilərlə gündəlik kommunikasiya
Mağazalardan foto, video və reklam materiallarının toplanması
Kampaniya, aksiya və tədbirlərin təşkilində iştirak
Reklam materiallarının yerləşdirilməsinə nəzarət
Sosial media üçün kontentlərin hazırlanmasına dəstək
Mağazaların kampaniyalarının koordinasiyası
Təqdimatların və marketinq materiallarının hazırlanması
Marketinq layihələri üzrə tapşırıqların icrası və izlənilməsi
Marketing Director-a gündəlik işlərdə dəstək
Marketinq komandası və digər tərəfdaşlarla koordinasiya
NAMİZƏDƏ TƏLƏBLƏR:
Yaş həddi: 35 və üzəri
Xanım namizədlərə üstünlük veriləcəkdir
Marketinq, SMM və ya müştərilərlə iş
sahəsində təcrübə arzuolunandır
Ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli və təşkilatçı olmaq
Eyni zamanda bir neçə tapşırıqla işləmə bacarığı
Instagram və sosial media platformalarını bilməsi
Azərbaycan və rus dillərini yaxşı bilməsi
İngilis dili arzuolunandır
Aktiv, kreativ və təşəbbüskar olmaq
İş rejimi: 6 günlük
Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "MARKETİNQ ÜZRƏ KOORDİNATOR" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.