
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektromexanika xidmətinin İsitmə və soyutma sisteminin istismarı qrupuna “Soyuducu qurğuların maşinisti” vəzifəsi üzrə namizədlər axtarırıq!
Namizəd VRF/VRV/CHİLLER və havalandırma sistemlərinə texniki qulluq, təmir və nasazlıqların aradan qaldırılmasını təmin edəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Kondisioner, ventilyasiya və soyutma sistemlərinin quraşdırılması;
VRF/VRV/CHİLLER və havalandırma sistemlərində nasazlıqların araşdırılması;
Avadanlıqlara planlı texniki xidmətin göstərilməsi;
Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
Freonun doldurulması, boşaldılması, vakumlama və sızmaların aşkarlanması;
Elektrik və idarəetmə sxemlərinin yoxlanılması;
Filtrlərin, istilik dəyişdiricilərinin və digər hissələrin təmizlənməsi;
Kompressor, fan, nasos və digər komponentlərin diaqnostikası və dəyişdirilməsi;
İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
Quraşdırılmış və təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və istismara verilməsi.
Namizədlərdən tələblərimiz
Soyuducu qurğularla iş üzrə 1 il iş təcrübəsi;
VRF/VRV/CHİLLER sistemlərinin iş prinsipini bilmək;
Elektrik sxemlərini oxumaq bacarığı;
Ölçü cihazlarından (multimetr, manometr və s.) istifadə etmək;
Freonlarla işləmə qaydalarını bilmək;
Hündürlükdə işləmək bacarığı;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5467 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!