
Funksional vəzifələr:
Baş memar mühəndislik xidmətləri çərçivəsində memarlıq dizayn işlərinin ən yüksək səviyyədə texniki ekspertizası, yoxlanılması və təsdiqinə cavabdehdir.
İşçi öz məsuliyyət sahəsi üzrə görülən işlərin effektivliyini, dizaynın dəqiqliyini, tikinti baxımından tətbiq edilə bilməsini (constructability), dolğunluğunu və texniki standartlara, normativ sənədlərə və prosedurlara uyğunluğunu yoxlayır.
Şirkətin dizayn və spesifikasiya prosedurları kimi standartların saxlanılması və təkmilləşdirilməsini təmin edir.
Layihələndirmə komandasının inkişaf strategiyasını, bacarıqlarını və resurs imkanlarını planlaşdırır və həyata keçirir. Həmçinin memarlıq sahəsi üzrə yerli və beynəlxalq tikinti qaydalarındakı və standartlarındakı dəyişiklikləri izləyir.
Keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) proseslərinə dəstək göstərir, texniki məsələlərin həlli üçün spesifikasiyaların yoxlanılmasını həyata keçirir, ekspert rəhbərlik və texniki istiqamət verir. Dizaynları əməyin mühafizəsi və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla qiymətləndirir. Digər ixtisas sahələri ilə koordinasiya prosesinə nəzarət edir və onu idarə edir.
Dizayn komandasında layihələr üzrə texniki-iqtisadi əsaslandırma, konseptual araşdırmalar, detallı təhlillər, qiymətləndirmələr və layihələndirmə işlərini həyata keçirir. Layihə planlaşdırılması, dizayn, araşdırmalar və digər əlaqəli sənədlər üzrə texniki töhfə verir.
Dizayn komandasının üzvlərinə mentorluq edir, onların vəzifələrinin icrasını və mövcudluğunu izləyir, iş bölgüsünü planlaşdırır və layihələrin vaxtında, tələb olunan keyfiyyət və dəqiqlik səviyyəsində hazırlanmasını təmin edir. Daxili və xarici dizayn komandalarını motivasiya edir və təşviq edir. Texniki bilik və təcrübədən istifadə edərək dizayn prosesinə nəzarət edir.
Dizayn iclaslarında iştirak edir, layihə dizaynını şirkət rəhbərliyi və sifarişçilər qarşısında təqdim edir. Tapşırıqların səmərəli və operativ icrası üçün digər şöbələrlə əməkdaşlığı təmin edir.
Əsas kompetensiyalar:
Memarlıq dizayn prinsipləri və memarlıq sahəsində tətbiq olunan peşə standartları
Bina dizaynı və davamlılıq (sustainability) prinsipləri
Tikinti və layihə idarəetməsi
Tikinti texnologiyaları və üsulları
Büdcələşdirmə prinsipləri və prosedurları
Dizayn, tikinti və dəyər mühəndisliyi ilə bağlı inzibati təcrübə və yerli qanunvericilik
Bina proqram tələblərinin və dizayn meyarlarının hazırlanması
Memarlıq və interyer dizayn layihələri üzrə bütün dizayn mərhələlərinin hazırlanması təcrübəsi: konsept, ilkin dizayn, yekun dizayn, shop drawings, spesifikasiyalar və “as-built” sənədlər
Digər ixtisas sahələri ilə koordinasiya (MEP, konstruksiya, texnologiya, FLS, landşaft və s.)
RIBA standartları üzrə nəzəri və praktiki biliklər
BIM prinsipləri və mühiti üzrə nəzəri və praktiki biliklər
Yüksək səviyyəli dizayn bacarıqları və mühəndislik elmləri və texnologiyaları üzrə biliklər
Dizayn prosesində yaranan maneə və problemlərin effektiv şəkildə həll edilməsi bacarığı
Problemlərin müsbət və proaktiv yanaşma ilə həlli
Analitik düşüncə və detallara diqqət
Qətiyyət və məqsədyönlülük
Liderlik və motivasiya bacarıqları
Mürəkkəb memarlıq, şəhərsalma və interyer dizayn problemlərini həll etmək bacarığı
Bina dizaynı və davamlılıq tələblərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi
Dizayn komandasının fəaliyyətinin planlaşdırılması və təşkilində yüksək bacarıq
Əməkdaşlığı təşviq etmək və inkişaf etdirmək
Dizayn ofisi əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi, təlim və mentorluq
Mühüm qərarlar qəbul etmək və müstəqil qərarvermə bacarığı
Kompleks inzibati və texniki mövzular üzrə yazılı və şifahi effektiv ünsiyyət
Biznes, layihə idarəetməsi və mühəndislik proqram təminatlarından istifadə bacarığı
Müasir rəqəmsal alətlərdən istifadə bacarığı və yüksək səviyyəli kompüter savadlılığı
Tələblər
Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi
Memarlıq dizayn sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər və ya menecer vəzifəsində təcrübə
Peşəkar memarlıq qeydiyyatı və ya ekvivalent sertifikatın olması üstünlükdür
BIM platformaları (məsələn, Revit), CAD proqramları və layihə idarəetmə alətləri üzrə yüksək səviyyədə bilik
Multidissiplinar dizayn komandalarının və iri miqyaslı layihələrin idarə edilməsi üzrə təcrübə
Yerli normativ tələblər, icazə prosedurları və beynəlxalq standartlar üzrə biliklər
Müxtəlif dizayn layihələrini və innovativ memarlıq həllərinin həyata keçirilməsində liderliyi nümayiş etdirən güclü portfolio
CV, portfolio və qısa motivasiya məktubunuzu aşağıdakı ünvanlara mövzu hissəsinə “Baş memar” yazaraq göndərə bilərsiniz: [email protected] və/və ya [email protected]