
Vəzifə Öhdəlikləri
Memarlıq ixtisası üzrə ali təhsil
Memar kimi iş təcrübəsi – minimum 5-6 il
Layihələrin ilkin konsepsiyadan tikinti icrası mərhələsinədək layihələndirmə və tikinti sənədlərinin hazırlanması üzrə yüksək təcrübə.
Layihə təqdimatlarının, Konsepsiya, İşçi layihə və vizualizasiya hazırlanması.
Müəllif nəzarətində və layihənin icra mərhələsində aktiv iştirak təcrübəsi
Müxtəlif funksiyalı layihələrin layihələndirməsi, iri miqyaslı yaşayış və ictimai təyinatlı binalar üzrə tikinti layihələrində iştirak təcrübəsi
Tikinti Norma və Qaydaları, Dövlət standartları və Şəhərsalma-Tikinti Məcəlləsi üzrə məlumatlılıq və diqqətlilik
Digər layihə bölmələri ilə koordinasiyalı qaydada işləmək, planlaşdırma və texniki uyğunluğu təmin etmək. Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axının effektiv təşkil edilməsi.
Material və mebel seçimi üzrə təkliflər
Çap və təqdimatdan öncə məlumatların uyğunluğunu yoxlamaq və təmin etmək
Layihə sənədələrinə əsasən Texniki specifikasiya və həcimlərinin dəqiq hesablanması.
BOQ sənədlərinin layihənin müxtəlif mərhələlərində (eskiz ilkin təklif, işci və icra mərhələlərində) uyğun formatda hazırlamaq bacarığı
Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
Tələblər
Revit, AutoCAD, D5, 3ds Max, Sketchup, Photoshop, İnDesign, və digər vizualizasiya proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Kreativ düşüncə və estetik zövq
Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
Yaradıcı düşüncə, detallara diqqət və təşəbbüskarlıq
Qeydlər:
Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Memar Interyer dizayner” başlığı ilə göndərməklə edə bilərsiniz.