
Vəzifə öhdəlikləri:
Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirmək;
Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərmək;
Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə almaq;
Layihələrin 2D və 3D formatda eskizlərin hazırlanmasını icra etmək;
Layihələrin 2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin etmək; (Eskiz ilkin tələb və şərtlərə uyğunluğu parametrlərinə görə Bölmə müdiri ilə razılaşdırılıdıqdan sonra Kommersiya Direktoru ilə razılaşdırılır);
Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin etmək;
İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları təqdim etmək;
Çertyojların hazırlanması və yekunlaşdırılması ilə əlaqədar avadanlıq və ehtiyatları toplamaq;
Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirmək;
Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirmək;
İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları hazırlamaq;
Layihələndirmə ilə əlaqədar sənədləri hazırlamaq;
Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırmaq;
Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq;
Məişət avadanlıqlarını, bədii əsərlər və aksesuarları seçir və layihələndirmək;
Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşmək;
Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim etmək;
Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim etmək;
İş qrafiki və qeydlər:
6 günlük iş qrafiki
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Tələblər:
Təhsil: Ali
İş stajı: Memar kimi azı 3 il təcrübə
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Memar” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.