
İş yeri: Novxanı
Hazırda korporativ satış istiqamətini inkişaf etdirəcək Satış Meneceri axtarılır.
Vəzifə öhdəlikləri
Korporativ müştərilərin cəlb edilməsi (otel, ofis, restoran, tikinti şirkətləri, developer, dövlət/özəl sektor)
Müştərilərlə görüşlərin təşkili və təqdimatlar
Tender və layihələrin izlənməsi
Satış imkanlarının araşdırılması
Kommersiya təkliflərinin hazırlanması və təqdimatı
Müqavilələrin bağlanması və idarə olunması
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq
Satış planlarının icrası və hesabatların hazırlanması
Bazar və rəqib analizi
Namizədə tələblər
Korporativ satışda minimum 2 il təcrübə
Mebel, tikinti, interyer və ya layihə satışlarında təcrübə üstünlükdür
Güclü ünsiyyət və təqdimat bacarığı
Danışıqlar aparmaq və inandırma bacarığı
Azərbaycan, Rus dili sərbəst, və ingilis dili olması üstünlükdür
MS Office bilikləri
B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür
Təklif edirik
Rəqabətqabiliyyətli əmək haqqı :1000-1500 azn
Bonus sistemi (satış nəticələrinə əsasən)
Korporativ telefon və iş resursları
Karyera və inkişaf imkanı
Stabil və inkişaf edən şirkətdə uzunmüddətli iş
Əsas gözlənti
Namizəd yalnız ofis işi görən deyil, aktiv şəkildə bazara çıxan və yeni korporativ layihələr gətirən satış mütəxəssisi olmalıdır.
Hədəf müştərilər:
tikinti şirkətləri
otellər
ofislər
yaşayış kompleksləri
digər korporativ sektorlar
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.